Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs E.Saidovaya zor tətbiq edərək içərisində 260 manat və 18000 rubl olan çantasını alıb.
13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.