Argentinada insanlar sıradan çıxan atraksionda 4 saat ərzində 20 metr yüksəklikdə qalıb.
Teleqraf.com-un məlumatına görə, hadisə ölkənin San-Xuan ştatında baş verib. Atraksion parkının ziyarətçiləri yanğınsöndürənlərin onları xilas edənə kimi havada qalmağa məcbur olub.
Atraksion ən yüksək nöqtəsində sıradan çıxıb. Havada 36 nəfər qalıb, onlardan bəziləri başı aşağı olub.
Səlahiyyətli orqanlar parkın lisenziya və sənədlərini yoxlayır.