24 May 2019 22:55
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daşkəsən rayonuna küləklə müşahidə olunan leysan yağışdolu yağıb.

Report-un məlumatına görə, dolu meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Rayonun Xoşbulaq kəndində orta məktəb binasının dam örtüyünü külək dağıdıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağış və dolu ilə müşayiət olunan güclü külək nəticəsində rayonunun yol, elektrik və rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işlərinə başlanılıb və ardıcıl müvafiq tədbirlər görülür.


Müəllif: Teleqraf.com