Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun M.Cəfərov küçəsində naməlum şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış 3 avtomaşına vurub və sonra bu nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən avtomobilə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsgərov müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Hadisəni törədən zaman N.Əsgərov narkotik vasitənin təsiri altında olduğu ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb.