Bu gün günorta saatlarında Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə gələn xilasetmə briqadaları 5 nəfərin meyitini çıxarıblar, 5 nəfər xəstəxanaya yerləşdirilib.
Ümumilikdə hadisə baş verən zaman içəridə 30 işçinin olduğu bildirilir. Onlardan bir neçəsi yanan binadan çıxa bilib.
Yanğın 4 mərtəbəli fabrik binasının anbarında başlayıb. 5 saata qədər davam edən əməliyyatdan sonra yanğın söndürülüb. Araşdırma aparılır.