13 İyun 2019 11:25
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bərdə rayonunda Təcili Tibbi Yardım stansiyasının işçiçlərinə hücum edilməsi barədə açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyunun 12-də saat 9 radələrində baş verib.

Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə rayon polis şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsndə araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov