Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.
Teleqraf.com xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, biri azərbaycanlı olmaqla daha 4 nəfər yaralanıb.
Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:
1983-cü il təvəllüdlü Məhəmməd Ərşad
1979-cu il təvəllüdlü Zahangir Alam
1987-ci il təvəllüdlü Ruhul Amin
1990-cı il təvəllüdlü Hüseyn Muhasib
1997-ci il təvəllüdlü Vetri Çelvin
1977-ci il təvəllüdlü Məhəmməd Muxtar
1979-cu il təvəllüdlü İslam Məcdun
1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)
Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.