23 İyun 2019 08:43
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində alışma zamanı müğənni Ayan Babakişiyeva anası və qızı ilə birgə sözügedən məkanda olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ifaçı özünün İnstaqram hesabında məlumat yayıb.

"Yanğında mən və ailəm də orada idik. Ən yaxın rəfiqəmin özəl günü idi. Həyatımda ən dəhşətli günü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Hər kəsi sadəcə möcüzə xilas etdi. Restoranda FHN sularını açılması... Yoxsa hər kəs kül olub yanacaqdı".

Onun sözlərinə görə, günah animatorlarda olub: "Tək mənim balam yox, hər kəsin övladı xəsarət aldı. Anam, mən də həmçinin. Allaha çox şükür deyirəm, başqa heç nə”, - ifaçı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər