Bakıda xuliqanlıq və quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, paytaxtın Nərimanov rayonunda K.Əliyev xuliqanlıq edib.
O, bu səbəbdən Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Şöbədə onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə başqa bir cinayətinin də üstü açılıb.
Onun bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib və 17000 manat pulunu alması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.