25 İyun 2019 23:37
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovu gətirən təyyarə saat 23:11-də Heydər ƏliyevBeynəlxalq Aeroportuna eniş edib.

Onu hava limanında yaxınları və ictimaiyyət nümayəndələri qarşılayırlar.

Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.

/Report/

21:13

Azərbaycanın Rusiyadakı səfirliyi jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə əlaqədar məlumat yayıb.

Səfirlikdən Teleqraf.com-a daxil olan məlumatda deyilir:

"25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altında Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər