Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, paytaxt sakini, 1993-cü il təvəllüdlü Ağahüseyn Hüseynov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Onun kimin tərəfindən, hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma başlanıb.