Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.