Abşeron rayonunda yaşayış evlərindən birinə maskalı basqın olub.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 18-də baş verib.
Rayon ərazisindəki evlərdən birinə girən naməlum şəxs b ev sahibəsinə zorakılıq edib. Onun qızıl sırğasını və 350 manat pulunu alaraq hadisə yerindən qaçıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Ramazanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.