11 Sentyabr 2014 19:30
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə və Hindistan prezidenti Pranab Mukherciyə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, İlham Əliyev hər iki məktubda sözügedən ölkələrdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti faciə ilə əlaqədar pakistanlı və hindistanlı həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan və Hindistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər