8 Avqust 2019 14:45
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13534 (2018-ci illə müqayisədə +5,4%) cinayət qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, bu cinayətlərin 12411-i və ya 91,7 %-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub, onlardan da 10984-nü (88,5%-i) böyük ictimai təhlükə törətməyən (3558) və az ağır (7426), yalnız 1427-ni (11,5%-i) ağır və xüsusilə ağır cinayətlər təşkil edib, açılması isə 83,1% olub.

Cinayətlərin 2675-i (21,5%-i) şəxsiyyət əleyhinə, 5260-ı (42,4%-i) iqtisadi sahədə cinayətlər, 4019-u (32,4%-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 456-ı (3,7%-i) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil edib.

Ağır və xüsusilə ağır cinayətlərin 86,3%, o cümlədən qəsdən adam öldürmələrin 95,3%, hədə-qorxu ilə tələb etmələrin 94,4%, quldurluqların 82,4% açılması təmin edilib, habelə keçmiş illərdən bağlı qalmış 163, o cümlədən 18 ağır və xüsusilə ağır cinayət açılıb.

Açılması təmin edilmiş 131 qəsdən adam öldürmə və ona cəhdləriin 46-sı (35,1%-i) ailə-məişət münaqişələri zəminində edilib.

Bağlı qalmış 2089 cinayətin 1920-ni (91,9%) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 169-nu (8,1%) ağır və xüsusilə ağır növlər təşkil edib, onlardan da 1686-nı (80,7%) mülkiyyət əleyhinə, 215-ni (10,3%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər, 126-nı (6%) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər