14 Avqust 2019 20:05
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 13-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini E.Aslanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Sübhanovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com