21 Avqust 2019 22:04
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunun Gəncə kəndinin ərazisində yerləşən iki hektara yaxın meşə zolağı yanıb.

Teleqraf.com xəbər verir ki, əraziyə Göygöl rayonundan iki, Gəncə şəhər Hacıkənd qəsəbəsindən bir yanğınsöndürən maşın gətirilib.

Yanğının söndürülməsinə 18 nəfər canlı qüvvə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hazırda ərazidə tüstülənmə olsa da yanğının qarşısı alınıb.

Əraziyə yaxın heç bir yaşayış massivi yoxdur və hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.


Müəllif: Teleqraf.com