10 Sentyabr 2019 12:15
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bir nəfər hücuma məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov