Zaqatala rayonunda ümumi sahəsi 900 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, fafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğının "Köhnə Avtovağzal" adlanan ərazisində Ayna Əhməd qızı Əliyevaya məxsus "Görüş" kafesində baş verdiyi məlum olub.
Xatırladaq ki, sözügedən məkanda bu ilin martında da yanğın olmuşdu.