Bakıda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.