2 Dekabr 2019 12:33
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 1-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri T.Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” və Vüqar Orucovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və sərnişinlərindən qardaşı Dilqəm, onun arvadı Rəsmiyyə, qızı Nübar, həmyerlisi Hədiyyə Əliyeva hadisə yerində ölüblər.

Daha 1 sərnişin və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov