19 Yanvar 2020 00:39
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhəri ərazisində mağaza qarət edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mağazaların birindən 1400 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Xıdırov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov