9 Fevral 2020 23:57
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

1971-ci il təvəllüdlü Cəmalə Gülağa qızı Abbasova yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib və ona başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com