27 Fevral 2020 13:29
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayevi vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov