Daxili İşlər Nazirliyi Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Teleraf.com xəbər verir ki, hadisə martın 2-də saat 12 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini Elşən Hüseynovun idarə etdiyi “VAZ-2104” və E.Şükürovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və iki sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib, E.Hüseynov orada ölüb.
Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.