Lənkəranda yaşayış evlərindən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsinə müraciət edən Separadi kənd sakini D.İbadova fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu aldığını bildirib.
Lənkəran şəhər-rayon polis şöbəsi və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.