7 Mart 2020 16:59
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu dəfn olunub.

Teleqraf.com xəbər verir ki, mərhum Bərdədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

15:44

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

Teleqraf.com xəbər verir ki, onun meyiti ailəsinə təhvil verilib.

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.

***

12:06

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Teleqraf.com xəbər verir ki, mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

***

11:22

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər