Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən ağır-yol nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, prelin 16-da saat 8 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə F.Əlizadə hadisə yerində ölübş, digər sürücü xəstəxanaya yerləşdirilib.
Qəzaya düşən avtomobillərdən biri banka məxsus olduğu deyilir.
Bundan başqa, aprelin 17-də saat 2 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Şahsevən kənd sakini M.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Taleh Mahmudovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha bir yol qəzası paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.
Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulub və o, xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılıb.