13 May 2020 09:50
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini O.Quliyevin içərisində 260 manat, 2 200 Rusiya rublu, bank kartları, sənədləri və mobil telefonu olan əl çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

O.Quliyev baş verən hadisə ilə bağlı Səbail rayon Polis İdarəsinə şikayət edib.

Səbail rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1993-cü il təvəllüdlü E.Dostəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər