Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun S. Axundov küçəsində Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi BMW markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.