25 May 2020 22:25
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakinini ilan sancıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

31 yaşlı kənd sakini Hüseynova Yaqut Təvəkkür qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

O, yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.

Fakt araraşdırılır.


Müəllif: Teleqraf.com