26 May 2020 09:55
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Məckəxacə kəndində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən rayonunun Gurbulaq kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com