4 İyun 2020 13:09
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Çalov kənd sakini G.Günəşovun idarə etdiyi “VAZ-2107” və Şamaxı rayon sakini E.Əliyevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub.

Nəticədə G.Günəşovun sərnişini, şəhər sakini Şamil İsrafilov hadisə yerində ölüb.

Faktla bağlı Qobustan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov