Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakini Sədiyar Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən qəsəbə sakini Ə.Mehdiyevi vurub və idarəetməni itirdiyindən Baş Mil kanalına aşırıb.
Sürücü hadisə yerində ölüb, Ə.Mehdiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
S.Eyvazovun meyiti və avtomobil sudan çıxarılıb.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.