6 İyul 2020 12:36
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsi, Dağlı küçəsində yerləşən qəbirstanlıqdan naməlum şəxs və ya şəxslər 500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – 1993-cü il təvəllüdlü Əfqan Məhərrəmov və 1982-ci il təvəllüdlü Faiq Bayramov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov