2 Avqust 2020 13:42
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Corat qəsəbəsində Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqlayıb.

Daha sonra o, qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib.

Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Nəcəf Şirinov polis əməkdaşları tərəfindən saxlanılıb. O, hadisəni törədən zaman sərxoş olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov