15 Avqust 2020 08:45
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda yaşayış binalarından birində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, insident dördmərtəbəli binada baş verib, partlayışdan sonra binada yanğın başlayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Partlayışın səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com