26 Avqust 2020 09:45
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda saxta pul hazırlayan şəxslər həbs olunub.

Teleqraf.com xəbər verir ki, Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazalaran birinə gələn şəxs telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər