11 Sentyabr 2020 13:31
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-da saat 8 radələrində Pirallahı qəsəbəsində qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Pirallahı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov