Azərbaycan hakerləri tərəfindən növbəti dəfə bir sıra erməni saytları dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Karabakh Hacking Team" telegram kanalı və Anti-Armenia.org saytı məlumat yayıb.
Dağıdılan saytlar arasında düşmən ölkənin prezidenti, separatçı "Dağlıq Qarabağ respublikası"nın, ölkənin bütün nazirlikləri, o cümlədən Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Milli Təhlükəsizlik Şurası Aparatı, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Mülki Aviasiya Baş İdarəsi, Ermənistan polisinin və s. veb resursları daxildir.