13 Oktyabr 2020 14:03
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib, Q.Məmmədov orada ölüb.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov