24 Oktyabr 10:15
340

Bakı şəhərinin Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com