1 Noyabr 2020 22:32
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəf 84 yaşlı Hadrut sakini Mişa Melkumyanın meyitini Ermənistana təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun rəhbəri Zara Amatuni də faktı təsdiq edib. Bildirilir ki, M.Arutyunyanın meyitinin Ermənistana təhvil verilməsi Gürcüstan ərazisi vasitəsilə mümkün olub.

Qeyd edək ki, Azərbaycan əsgərləri Hadrut qəsəbəsini azad edərkən iki yaşlı erməninin köməksiz vəziyyətdə qalmasını aşkarlamışdılar. Bakıya gətirilən erməni qadın və kişi bir müddət burada qalsa da, Ermənistan tərəfi onları qəbul etmək istəmirdi. Nəhayət, 29 oktyabrda 85 yaşlı Yevgeniya Babayanı Gürcüstan ərazisindən qəbul etməyə razılaşdılar, ancaq yataq xəstəsi olan M.Melkumyandan imtina olundu. Bir neçə gün sonra isə yaşlı erməninin öldüyü bəlli oldu. Heç şübhəsiz onun ölümünü Hadruta baxımsız vəziyyətdə qalması sürətləndirib. Amma istisna deyil ki, erməni tərəf həyasızcasına növbəti dəfə Azərbaycanı ittiham edəcək.

Məlumata görə, Azərbaycan tərəf 30-a qədər erməni zabit və əsgərinin meyitini də birtərəfli qaydada Ermənistana Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindən təhvil verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər