Şəmkir şəhərində yol-nəqliyyat hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, şəhərin R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.
Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.