11 Yanvar 2021 10:14
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər