14 Yanvar 2021 13:00
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq avtomobillə qəza törədilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov