Daxili İşlər Orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Göyçay rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkar edilib.
Bundan başqa, Samux rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilib.
İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan “İJ-20” markalı tüfəng aşkar edilərək götürülüb.