Bakının Binəqədi oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki mağazaların birindən 600 manat oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini X.Vəliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.