Bakı şəhərinin Yasamal rayonunda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
***
09:32
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
FHN-in Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Belə ki, binanın dam örtüyü yanır.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.