Xaçmaz rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat və içərisində sənəd olan pulqabı oğurlanıb.
Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini T.Məmmədov saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, T.Məmmədov əvvəllər də məhkum olunub.